Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin siyahısı dəyişə bilər – TƏBİBbackend

Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin siyahısı dəyişə bilər - TƏBİB

“Sərt karantin rejimi tətbiq edilən rayonların sayının artırılması epidemioloji vəziyyətdən asılıdır”.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların siyahısı dəyişə bilər:

“Epidemioloji vəziyyətlə bağlı siyahıya əlavələr və çıxarılmalar ola bilər. Siyahıda olmayan şəhər və rayonlarda epidemioloji vəziyyət nəzarətdədir. Əgər dinamika pozularsa, siyahıya yeni ərazilər əlavə edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*