Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar ayırdıbackend

Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı hökuməti Ukraynaya humanitar yardım üçün 400 milyon dollar ayırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, qərar krallığın vəliəhdi Məhəmməd bin Salmanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığından sonra verilib.

“Prezident Zelenski Səudiyyə Ərəbistanı rəhbərliyinin Ukrayna xalqına 400 milyon dollar məbləğində əlavə humanitar yardım göstərmək qərarına görə vəliəhd şahzadəyə minnətdarlığını bildirib və təşəkkür edib”, – məlumatda deyilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*