Səudiyyəli qadın fəal işgəncəni danmaqdan imtina etdibackend

Səudiyyəli qadın fəal işgəncəni danmaqdan imtina etdi

Ailə üzvlərinin verdiyi məlumata görə, həbsdə olan səudiyyəli qadın haqları fəalı Lucayn əl-Haslul azadlığa buraxılması müqabilində işgəncəyə məruz qaldığını inkar edən sənədə imza atmaqdan imtina edib.

Lucayn əl-Haslul 2018-ci ilin mayında qadın aktivistlərə qarşı intensiv basqı kampaniyası çərçivəsində həbs olunmuşdu.

“Dövlət rəsmisi ondan videoya çəkilmək barədə sənədə imza atmağı tələb edəndə, bacım kağızı dərhal cırıb” , Valid yazıb.Qardaşı Valud əl-Haslulun dediklərinə görə, ilk öncə Lucayn sənədə imza atmağa razı olmuşdu, lakin Səudiyyə rəsmiləri ondan video-kamera qarşısında bu inkarı bəyan etməsini tələb ediblər.

Onun sözlərinə görə, bacısı hesab edir ki, Səudiyyə rəsmiləri işgəncələrə birbaşa rəhbərlik etmiş kral vəliəhd Məhəmməd bin Salmanın müşaviri olan Səud əl-Kahtaninin əməllərini ört-basdır etməyə çalışırlar.

“Doğma kiçik bacım deyib ki, onu tez-tez qamçılayır, döyür, elektro-şok və əzaba məruz qoyurlar. Bəzən maskalı kişilər gecənin yarısında onu oyadır, ağlasığmaz hədələr bağırırlar” , Valid əl-Haslul əlavə edib.

Səud əl-Kahtani siyasi fəallara verilən işgəncələrdə və jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunur.
Səud əl-Kahtani siyasi fəallara verilən işgəncələrdə və jurnalist Camal Xaşuqcinin qətlində ittiham olunur.

Bir çox fəallar Kahtanini siyasi məhbuslara işgəncə verməkdə ittiham edib.

Sabiq müşavir Kahtani 2018-ci ilin oktyabrında səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsində ittiham olunduqdan sonra vəzifəsindən istefa verib.

Xaşuqcinin yoxa çıxmasının ardınca ABŞ-da bir sıra qanunverici Vaşinqton-Riyad münasibətlərinə yenidən baxılmasına çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*