Rusiya Premyer Liqasında çıxış edən “Dinamo” Ramil Şeydayevlə yolları ayırıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Moskva klubunun rəsmi feysbuk hesabında paylaşım edilib.
24 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
