Şeydayevin yeni klubu rəsmiləşdibackend

Şeydayevin yeni klubu rəsmiləşdi

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu bəlli olub.

KONKRET.az xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın 1-ci liqa təmsilçisi “Soçi” klubuna transfer olunub. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək qüvvədə olan müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Şeydayev karyerası ərzində “Qarabağ”, “Zenit”, “Jilina”, “Neftçi”, “Kocaelispor”, “Buriram Yunayted” və digər klubların formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*