Analar Birliyi Belarusda müharibəyə qarşı fləşmob keçirməyə başlayıb. Qadınlar oğullarının ölümə göndərilməsinin əleyhinədirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Analar Birliyinin Telegram kanalında məlumat verilib.
Belarusda Analar Birliyi müharibəyə qarşı aksiyaya başlayıb. Qadınlar gizlin şəkildə oyuncaqları yazılı mesajlarla görkəmli yerlərə qoyurlar.

Belarus Ukraynada müharibəyə qarşı çıxan insanları təqib etməkdə davam edir. Buna görə də təşkilat etiraz etmək üçün təhlükəsiz yol seçib.
“Belarus anaları müharibənin əleyhinədir! Bunu göstərmək üçün uşaq oyuncaqlarını insanların onları gördüyü yerə qoyurlar və müharibə haqqında nə düşündüklərini yazırlar… Belarusda istənilən fikir ayrılığına qarşı şiddətli mübarizə davam edir. Bir söz deməyə cəsarət edənləri, hakimiyyətə qarşı söz deyənləri işdən qovur, döyür və hətta ölümə məhkum edirlər. Ona görə də bu heyrətamiz hərəkətə qərar verən qadınlar bizim üçün örnəkdir”, – yazıda deyilir.
Analar mesajların birində müharibənin sağ qalanlara da mənfi təsir etdiyini vurğulayıblar.

“Mənim bala filim, sevimli pişiyim, oğlum. Anan sənin canını almağa icazə verməz. Biz müharibənin əleyhinəyik! Qoy Şeytanın oğulları bombalar altında qalsın”, – deyə belarus qadın yazıb.

Təşkilat əlavə edib ki, əsas məsələ etirazçıların təhlükəsizliyidir. Onlar xatırladıblar ki, oyuncaqlar diqqətdən kənarda qalmalı, fotoşəkillər göndərildikdən sonra dərhal silinməlidir.
Qeyd edək ki, Belarusda bir tələbə sosial şəbəkələrdə Rusiya təcavüzünü pisləyən yazının təkrar yayımlanmasına görə həbs edilib. Danuta Perednyaya adlı qıza 6,5 il həbs cəzası verilib.

Xuraman Etibarlı,
KONKRET.az
