Si Cinpin Çini müharibəyə HAZIRLAYIRbackend

Si Cinpin Çini müharibəyə HAZIRLAYIR

Çin lideri Si Cinpin Çini müharibəyə hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlik yazır ki, Çin lideri Si Cinpin Çini müharibəyə hazırlayır və dünya bunu ciddi qəbul etməlidir.

Nəşrin məlumatına görə, belə bir bəyanatla Çin lideri ÇXR parlamentinin və onun ali siyasi məşvərətçi orqanının illik iclası zamanı çıxış edib.

Si Cinpin dörd ayrı çıxışında müharibəyə hazırlıq mövzusuna toxunub və onlardan birində generallarına “cəsarətlə vuruşun” deyib.

Bundan əlavə, Pekin son aylarda yeni hərbi hazırlıq qanunlarını açıqlayıb. Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi və ölkə daxilində “Milli Müdafiə Səfərbərliyi”nin yeni ofislərinin yaradılması da məlumdur.

Nəşr qeyd edir ki, bu hadisələrin dəqiq nə demək olduğunu söyləmək hələ tezdir, lakin “münaqişə qaçılmazdır”.

“Pekində bir şey dəyişib ki, bütün dünya siyasətçiləri və biznes liderləri buna məhəl qoymaya bilməzlər. Əgər Si müharibəyə hazırlaşdığını deyirsə, onun sözünü qəbul etməmək axmaqlıq olardı”, – deyə Xarici İşlər Nazirliyi bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*