Si Cinpindən tarixi çağırış: BRİKS və Qlobal Cənub dünya nizamını dəyişir?backend

Si Cinpindən tarixi çağırış: BRİKS və Qlobal Cənub dünya nizamını dəyişir?

Çin Prezidenti Si Cinpin BRİKS ölkələrini Qlobal Cənub dövlətləri ilə birlikdə beynəlxalq vəziyyətin sabitləşdirilməsində daha fəal rol oynamağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Si Cinpin BRİKS ölkələri və tərəfdaş dövlətlərin liderlərinin iclasında bildirib ki, təşkilat üzvləri çoxsaylı Qlobal Cənub ölkələri ilə əməkdaşlığı gücləndirməli, beynəlxalq məsələlərdə müsbət və konstruktiv rol oynamalıdır.

Çin lideri eyni zamanda Qlobal Cənub dövlətlərinin təhlükəsizlik sahəsində idarəetməni təkmilləşdirmək, ənənəvi və yeni təhlükələrə birgə qarşı çıxmaq istiqamətində səylərini birləşdirməsinin vacibliyini vurğulayıb.

O, iqlim məsələləri üzrə qlobal idarəetmənin yaxşılaşdırılmasını və geniş konsensusa əsaslanan süni intellektin tənzimlənməsi üzrə beynəlxalq sistemin yaradılmasının sürətləndirilməsini də təklif edib.

Si Cinpinin sözlərinə görə, yeni texnologiyalar bütün ölkələrin ümumi rifahına xidmət etməlidir.

Çin lideri BRİKS-in bu istiqamətdə fəaliyyətinin bəşəriyyətin ümumi rifahına töhfə verməli olduğunu bildirib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*