Keşişi bıçaqla yaraladılar- ANBAAN VİDEObackend

Keşişi bıçaqla yaraladılar- ANBAAN VİDEO

Avstraliyanın Sidney şəhərində kilsəyə bıçaqlı hücum böyük panikaya səbəb olub.

KONKRET.az xəbər verir ki, polis Valkley bölgəsindəki hücumda yaralananların olduğunu və təcavüzkarın saxlanıldığını açıqlayıb.

Yaralılar üçün həyati təhlükənin olmadığı bildirilib. İbadət zamanı baş tutan hücumda kilsə keşişi Emmanuel də ciddi xəsarət alıb.

Kadrlarda bir nəfərin kürsüdə dua oxuyan keşişə yaxınlaşaraq bıçaqla ona dəfələrlə hücum etdiyi görünür. Böyük çaxnaşmaya səbəb olan hadisədə keşişə kömək etməyə çalışan kütlə arasından bir çox insan bıçaqlı zərbələrin hədəfinə çevrilib.

Canlı olaraq qeydə alınan hücumdan sonra yüzlərlə qəzəbli insan kilsənin qarşısına toplaşaraq hadisəyə etiraz edib. Çevik polis alayı kilsə ətrafında sıx təhlükəsizlik tədbirləri görüb.

Hücuma məruz qalan keşiş Emmanuel koronovirus epidemiyası zamanı peyvənd və karantin əleyhinə açıqlamaları ilə məşhur olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*