Silahlı pilotsuz dəniz vasitəsinin ilk versiyası ULAQ SİDA adlandırıldı – VİDEObackend

Silahlı pilotsuz dəniz vasitəsinin ilk versiyası ULAQ SİDA adlandırıldı - VİDEO

Türkiyədə keçirilən IDEX-2021 sərgisi ilk dəfə təqdim edilən yerli məhsullarla yadda qaldı. Onlardan biri də  Müdafiə sənayesində milli sərmayə ilə fəaliyyət göstərən və mərkəzi Antalyada yerləşən ARES tersanesi və Ankaradakı “Meteksan Defence” şirkətlərinin birgə hazırladığı ULAQ SİDA oldu. ULAQ qədim türk mədəniyyətində dövləti hər sahədə təmsil edən və üstün xüsusiyyətləri ilə fərqlənən rəsmi elçilərə verilən addır. ULAQ silahlı dəniz vasitələri də bu mənada zəkası və imkanları ilə xarici analoqlarından daha öndə yer alır.
KONKRET.az xəbər verir ki, ULAQ pilotsuz dəniz vasitəsi şirkətlərini bu sahədə bir neçə ildir davam edən araşdırma və inkişaf işləri nəticəsində ərsəyə gəlib. Türkiyənin ilk pilotsuz dəniz döyüş vasitəsi titulunu daşıyan ULAQ prototipinin istehsalı keçən ilin dekabr ayında tamamlanıb. Silahlı pilotsuz dəniz vasitəsinin ilk versiyası ULAQ SİDA (Silahlı İnsansız Deniz Aracı) adlandırılıb.
Onun fəaliyyət radiusu 400 kilometr, sürəti isə saatda 65 kilometrdir. ULAQ aşağıdakı texniki ustünlüklərə malikdir:
gündüz və gecə fəaliyyət qabiliyyətinə;
milli şifrəli rabitə infrastrukturuna;
qabaqcıl kompozit materiallardan istehsal olunan korpusa;
yerüstü mobil nəqliyyat vasitələrindən, komanda qərargah mərkəzindən, təyyarə daşıyıcılarından və freqatlar kimi üzən platformalardan kəşfiyyat, müşahidə, suüstü mübarizə, asimmetrik döyüş, strateji obyektlərin təhlükəsizliyi, silahlı müşayiət və karvanların mühafizəsi kimi vəzifələrin icrasında istifadə edilməsi qabiliyyətinə.
Dizayn işləri 2020-ci ilin avqust ayında başa çatıb. İstehsalı tamamlanan prototipin 2020 -ci ilin dekabrından sonra dəniz sınaqlarına başlandı. istifadəyə verilməsi planlaşdırılır. İlk ULAQ SİDA-nın atəş sınaqları 2021-ci ilin ilk rübündə milli raket sistemləri istehsalçısı ROKETSAN tərəfindən təqdim edilən 4 ədəd “Cirit” və 2 ədəd L-UMTAS raketləri ilə “Deniz Kurdu-2021” təlimləri çərçivəsində uğurla həyata keçirildi.

 

ULAQ dəniz vasitələri raket sistemlərindən başqa müxtəlif əməliyyat ehtiyaclarını qarşılamaq üçün elektron mübarizə, basdırma, fərqli rabitə və kəşfiyyat sistemləri kimi müxtəlif növ faydalı yüklərlə təchiz oluna bilir. Əlavə olaraq, ULAQ eyni və ya fərqli quruluşa malik digər silahlı pilotsuz dəniz və hava vasitələri, həmçinin pilotlu quru və hava vasitələri ilə birgə əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. SİDA uzaqdan idarə olunan pilotsuz bir dəniz vasitəsi olmaqla bərabər həm də süni intellektə və özünəməxsus davranış xüsusiyyətlərinə malik üstün və inkişaf etmiş qabiliyyətlərlə təchiz edilir.
ARES tərsanəsi və “Meteksan Defence” pilotsuz dəniz vasitələrinin kəşfiyyat, minaıarın zərərsizləşdirilməsi, sualtı qayıq əleyhinə mübarizə məqsədli versiyaları üzərində çalışmalarını davam etdirir.
Ümumi xüsusiyyətləri
Ekipaj: yoxdur;
Uzunluğu: 11 m;
Faydalı yükün kütləsi: 2000 kq;
Silah yükləri: UMTAS, L-UMTAS və “Cirit”;
Maksimum sürət: 65 km/saat;
Məsafə: 400 km;
Əlaqə məsafəsi: 200 km .
Ulaq pilotsuz vasitəsi son illərdə 3 tərəfdən dənizlərlə əhatə olunduğunu Türkiyənin kontinental şelflərdə apardığı fəaliyyətlərin bəzi qonşuları tərəfindən qısqanclıqla qarşılanmasına cavab olaraq Ankaranın kiçik ölçülü və daha sürətli vasitələrə olan tələbatını qarşılamaq məıqsədi ilə hazırlanıb. Süni zəka ilə uzaqdan idarə edilən katerlərin tətbiqi ekipaj həyatı üçün heç bir təhlükəyə imkan vermir, bu isə katerdən ən riskli döyüş əməliyyatlarında istifadə üçün imkan verir. Odur ki, bu vasitələr dəniz sərhədlərinin mühafizəsini gücləndirmək niyyətində olan ölkələrin diqqət mərkəzində olacaq.
Ədalət Verdiyev, hərbi ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*