Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar hökumətin istefasını qəbul edib.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində Milli Birlik Partiyası, Demokrat Partiyası və Dirçəliş Partiyasının koalisiya hökuməti başa çatıb.
KKTC-də baş nazir Faiz Sucuoğlu bu gün Prezident Ersin Tatarla görüşüb.
Baş nazir Sucuoğlu hökumətin istefasını Ersin Tatara təqdim edib. Görüşdən sonra Tatar Sucuoğlunun istefasını qəbul edib.
İqbal Rzayev,
KONKRET.az
