Şimali Koreya ən azı 10 raket buraxdıbackend

Şimali Koreya ən azı 10 raket buraxdı

Şimali Koreya (KXDR) çərşənbə günü ən azı 10 müxtəlif növ raket buraxıb.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Hələlik raketin və buraxılışın detalları barədə məlumat verilmir.

Bundan əvvəl agentlik Cənubi Koreya ordusuna istinadən xəbər verib ki, KXDR Yapon dənizinə doğru üç qısa mənzilli ballistik raket atıb.

Məlumata görə, üç raketdən biri Seulun de-fakto sərhədi hesab etdiyi Koreya Respublikasının ərazi sularına yaxın yerə düşüb. Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi bu cür hərəkətləri qəbuledilməz adlandırıb. Ölkə Prezidenti Yoon Seok-yeol Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*