Çin hökumətində Şimali Koreya hərbçilərinin Ukrayna münaqişəsində iştirakına dair məlumat yoxdur.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib. O, Cənubi Koreyalı jurnalistə Pekinin Pxenyanın Moskvanı dəstəkləmək üçün qoşun göndərməsi ilə bağlı məlumatla bağlı sualına: “Çinin bununla bağlı hər hansı məlumatı yoxdur”,- deyə qısa cavab verib. Diplomat xatırladıb ki, Çin Ukrayna problemində dəyişməz mövqe tutur. O, gərginliyin azaldılmasına və münaqişənin siyasi həllinə ümid etdiyini bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az