Şimali Koreya Sarı dənizə iki raket atdıbackend

Şimali Koreya Sarı dənizə iki raket atdı

Şimali Koreya Sarı dənizə doğru iki qanadlı raket buraxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, bu, yanvar ayından bəri Şimali Koreya tərəfindən ikinci qanadlı raket buraxılışıdır.

Raketlər Şimali Koreyanın Onçeon şəhərindən atılıb. Onların uçuş məsafəsi və digər təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 15-də Koreya yarımadasının azad edilməsinin ildönümü şərəfinə Cənubi Koreya prezidenti Yoon Suk-yeol denuklearizasiya müqabilində KXDR ilə əməkdaşlıq planını təqdim edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*