Şimali Koreyanın ABŞ-a çata bilən ballistik raketinin BURAXILIŞI – VİDEObackend

Şimali Koreyanın ABŞ-a çata bilən ballistik raketinin BURAXILIŞI - VİDEO

Şimali Koreya ABŞ sahillərinə çata bilən ballistik raket buraxılışının videosunu yayıb

KONKRET.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Televiziyası (Joseon) məlumat yayıb. Televiziya Şimali Koreya ABŞ materikinə çatmağa qadir olan “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılışının videosunu yayıb.

Şimali Koreya şənbə günü günortadan sonra Yaponiya sahillərində raket buraxılışı həyata keçirib. Fevralın 19-da günortadan sonra Pxenyan Hwasong-15-in buraxılmasını təsdiqləyib.

Raket 5768,5 km maksimum zirvə hündürlüyünə qalxıb, 989 km məsafəni 4015 saniyəyə (demək olar ki, 67 dəqiqə) uçub.

Hwasong-15 Yaponiyanın eksklüziv iqtisadi zonasında, Hokkaydo adasından təxminən 200 kilometr aralıda düşüb.

“Təlimlər fevralın 18-də səhər saatlarında yanğınların söndürülməsinə hazırlıq barədə verilən əmrə və Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Şurası sədrinin əmrinə uyğun olaraq, əvvəlcədən planlaşdırılmadan qəfil təşkil edilib”, –  Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat verib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, qitələrarası ballistik raket normallaşdırılmış 14 min kilometr məsafədə ABŞ materikinə çata bilər.

Şimali Koreyanın raket sınağından qısa müddət sonra ABŞ Cənubi Koreya və Yaponiya ilə strateji bombardmançıların iştirakı ilə birgə hava təlimləri keçirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*