Simonyan: “Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur”backend

Simonyan: "Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur"

“Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Latviyaya səfəri zamanı deyib.

O daha sonra bildirib: “Uzunmüddətli sülhün bərqərar olması üçün dəstəyə ehtiyacımız var. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Bizə lazım olan tək şey Azərbaycan hökumətinin sülh bərqərar etmək istəyidir.

Bu işdə həm Latviyanın, həm də digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacımız var. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün bizə dəstəyə ehtiyac var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*