Simonyan hakim partiyanın deputatlarını iclas zalından QOVDUbackend

Simonyan hakim partiyanın deputatlarını iclas zalından QOVDU

“Vətəndaş müqaviləsi”nin iki deputatından iclas zalını tərk etmələrini xahiş edirəm”.

KONKRET.az xəbər verir ki, insident Ermənistan parlamentində dinləmələr zamanı baş verib.

Ermənistanın baş prokuroru Anna Vardapetyan çıxış edən zaman bildirib ki, “məxfi məsələlər həllində dövlət sirlərinə çıxışı olmayan deputatlar iclas zalını tərk etməlidirlər”.

“Mən sizdən məsələni bağlı qapılar arxasında müzakirə etməyi xahiş edəcəm. Çünki təqdim edəcəyim məsələdə qanunla qorunan sirr var. Dövlət sirlərinə çıxışı olmayan deputatlar da iclas zalını tərk etməlidirlər”, – Vardapetyan deyib.

Parlamentin spikeri Alen Simonyan baş prokurorun çıxışını yarımçıq kəsərək bildirib ki, o, bunu elan etməlidir.

“Fraksiyada dövlət sirrini bilmək üçün hələ icazə almamış iki deputat var, mən sizdən iclas zalını tərk etməyinizi xahiş edəcəm. “Vətəndaş müqaviləsi”nin iki deputatından iclas zalını tərk etmələrini istəyirəm”, – deyə Simonyan bildirib.

Daha sonra o, iclasın yayımını dayandırmağı xahiş edib və təhlükəsizlik əməkdaşlarına həmin şəxsləri zaldan çıxarmağı tapşırıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*