“İran və Rusiya Ermənistana böyük sevgiləri olduğu üçün kömək etməyib”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“İran geosiyasi dəyişikliklərin qəbuledilməz olduğunu bəyan edəndə bunu ilk növbədə özü üçün edir.
İran Ermənistanın tərəfini böyük sevgiyə görə tutmur, O, dövlət maraqlarından çıxış edərək silah satır, onun daşınması ilə məşğul olur.
Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Onda gəlin onlar üçün nəsə edək? Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”.
Parlamentin sədri əmin edib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur.
“Bizim Qarabağdan başqa nə problemimiz var? Biz 30 ildir bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başladı”, – deyə Simonyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
