“Simpsonlar” ABŞ-dakı olayları əvvəlcədən göstəribmiş – ŞOK FOTObackend

“Simpsonlar” ABŞ-dakı olayları əvvəlcədən göstəribmiş - ŞOK FOTO

Məşhur “Simpsonlar” çoxseriyalı cizgi filminin bir bölümündə əksini tapan fotolar geniş müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, sosial şəbəkənin ABŞ seqmentində “Vətəndaş müharibəsi 2021” etiketi ilə paylaşılan tvitlərdə “Simpsonlar” çoxseriyalı cizgi filmində Homer Simpsonun 20 yanvar 2021-ci ildə bir evin damında silahla dayanmış vəziyyətdə əks olunması ilə bağlı görüntü paylaşılıb. Xatırladılıb ki, 20 yanvar 2021-ci il tarixi Trampın prezidentliyi Co Baydenə təhvil verəcəyi gündür.

Bundan əlavə, Konqres binasına girən çılpaq, başında dəbilqə olan nümayişçinin görüntüsü ilə “Sipmsonlar”da üzərində “Qubernator” sözü yazılmış dəbilqəli adamın yan-yana fotosu da sosial mediada müzakirə olunub.

Bununla yanaşı, ən çox paylaşılan görüntülərdən biri də ötən gün Konqres binasına girib kürsünü oğurlayan adamın fotosu ilə Homer Sipmsonun bir heykəli oğurladığı səhnə olub./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*