Şirvanda 8 aylıq doğulmuş körpəni küçəyə atdılar – TƏFƏRRÜATbackend

Şirvanda 8 aylıq doğulmuş körpəni küçəyə atdılar - TƏFƏRRÜAT

Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətiriblər.

KONKRET.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər.

Faktla əlaqədar müvafiq qurumlara məlumat verilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinin baş həkiminin sözlərinə görə, körpə aparata qoşulu vəziyyətdə saxlanılır:

“Qız uşağı olan körpə hüquq-mühafizə orqanları tərəfindən aşkar olunaraq xəstəxanaya təhvil verilib. Hazırda vəziyyəti stabildir və bizim missiyamız o uşağı yaşatmaqdır. Görünüşünə görə, 45-46 santimetr boyu, 2 kilo 400 qram çəkisi olan uşağın 8 aylığında doğulduğu ehtimal olunur. Göbək ciyəsinin kəsiminə görə isə onu həkim olmayan biri kəsib və qeyri-xəstəxana şəraitində doğulub, göbəyi düzgün bağlanmayıb”.

Baş həkim bildirib ki, hazırda uşağın sağlam şəkildə yaşaması təmin olunur və müəyyən müddət ərzində körpə orada qalacaq. Daha sonra uyğun ailəyə verilə bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*