Şirvanda ağır qəza: piyada öldübackend

Şirvanda ağır qəza: piyada öldü

Şirvanda 54 yaşlı qadını avtomobil vuraraq öldürüb.

KONKRET.az-ın məlumatına görə, hadisə Şirvan şəhərində, Köhnə şəhər massivində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Əliyev Qulu Elman oğlu idarə etdiyi “Mercedes” markalı 50-DB-989 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*