Siyahıyaalma zamanı evdə tapılmayan vətəndaşlara hansı tədbir görülür? – Komitədən açıqlamabackend

Siyahıyaalma zamanı evdə tapılmayan vətəndaşlara hansı tədbir görülür? - Komitədən açıqlama

“Oktyabrın 11-15-i tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək”. 

Bunu KONKRET.AZ-a Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev deyib.

Onun sözlərinə görə, bu gün yekunlaşacaq siyahıyaalmada vətəndaşlar fəal iştirak edir: “Bildiyiniz kimi, 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçirilir və sevindirici haldır ki, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edir. Buna baxmayaraq, dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər. Belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin məktubda ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir. Bundan başqa, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq, qapı açılmır. Yuxarıda qeyd olunan belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur. Eyni zamanda məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni oktyabrın 11-15-i tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*