“Siz elə bilirsiniz ki, qatığa qara deyən kimi o həmən qara rəng olur?” – İqtisadçı Samir Şərifova SƏSLƏNDİbackend

“Siz elə bilirsiniz ki, qatığa qara deyən kimi o həmən qara rəng olur?” – İqtisadçı Samir Şərifova SƏSLƏNDİ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, iki ilin nəticələrinə əsasən Neft Fondundan transfert azalıb.

Maliyyə nazirinin bu açıqlamasını KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, 2018-ci ildə Neft Fondundan büdcəyə transfert 9 milyard 216 milyon manat, 2019-cu ildə 11 milyard 344 milyon manat, 2020-ci ildə transfert 11 milyard 350 milyon manat, 2021-ci ildə 12 milyard 200 milyon  manat olub. 2022-ci ildə isə Neft Fondundan büdcəyə 12 milyard 710 milyon manat transfert olacağı nəzərdə tutulub.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

Ekspertin daha sonra fikirlərini belə davam etdirib: “Hörmətli Samir müəllim! Siz elə bilirsiniz ki, qatığa qara deyən kimi o həmən qara rəng olur?. İstənilən problemin həlli ilk olaraq onun etirafından başlayır, inkarından yox. Həqiqəti inkar etməklə nə qazanırsız?. Axı insanlar iki dəqiqə zaman ayırıb rəsmi rəqəmlərə baxa bilərlər. Yəni siz insanlarımızı bu qədər avam sayırsız? – iqtisadçı fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Captain Black
    Noyabr 11, 2021 - 10:34

    Bu hökümətin sadəcə maliyə naziri yox bütün nazir, millətvəkili, məmuru Xalqı avam olaraq görür

  • Həsənov Ələsgər
    Noyabr 11, 2021 - 13:13

    Hörmətli Samir müəllim, əgər büdcədə nəzərdə tutulan neftin qiyməti təqribən iki dəfə, qazın qiyməti təqribən beş dəfə qalxıbsa, görəsən qara camaatın (əhalinin) istifadə etdikləri işığın və qaın qiymətini Tarif şurası hansı əsalarla qaldırır? Sizin nazirliklədə məsləhətləşmələr aparılırmı? Bu insanları düşünən varmı??????????

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*