“Siz sadəcə olaraq ölkəni itirəcəksiniz” – Volodin Ermənistana XƏBƏRDARLIQ ETDİ – VİDEObackend

"Siz sadəcə olaraq ölkəni itirəcəksiniz" - Volodin Ermənistana XƏBƏRDARLIQ ETDİ - VİDEO

Volodin Ermənistana xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının saytı məlumat yayıb.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə Ermənistana xəbərdarlıq edib.

O bildirib ki, Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada vəziyyətin tənzimlənməsinə cəlb etmək cəhdlərindən çəkinsin.

“Gəlin ondan başlayaq ki, dövlət başçıları – Rusiya, Azərbaycan və Ermənistan səviyyəsində qəbul olunmuş qərar var. Biz bunu rəhbər tutacağıq və bu razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik.

Avropa institutlarının lehinə bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”, – deyə Dövlət Dumasının saytı Volodinin sözlərini sitat gətirir.

“Avropa Parlamentini və AŞPA-nı işə cəlb etmək istəyirsinizsə, 10 dəfə düşünməli və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrdən nümunə götürərək necə bitəcəyini düşünməlisiniz.

Kim sülh istəyir, kim vəziyyəti nizamlamaq istəyirsə, bu kvaziparlamentlərdən, AŞPA-dan, Avropa Parlamentindən uzaq durmalıdır. Həm də açıq şəkildə dərk etməlidir ki, onların bu işə qarışması vəziyyəti daha da gərginləşdirəcək və getdikcə daha çox problemlər yaradacaq.

Əgər onlar bunu edirlərsə, o zaman nəticələrə görə məsuliyyət daşımalıdırlar”, – deyə Volodin vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*