ŞOK: “ABŞ Ukraynada ikinci Vyetnamı proqnozlaşdırdı” – Vaşinqton üçün məğlubiyyət daha betər olacaqbackend

ŞOK: “ABŞ Ukraynada ikinci Vyetnamı proqnozlaşdırdı” – Vaşinqton üçün məğlubiyyət daha betər olacaq

Polşanın hakim Hüquq və Ədalət Partiyasının rəhbəri, baş nazirin təhlükəsizlik məsələləri üzrə müavini Yaroslav Kaçinski bildirib ki, ABŞ-la Qərbin Ukraynadakı məğlubiyyəti Vyetnam və Əfqanıstandakından daha betər olacaq.

KONKRET.az xəbər verir ki, siyasətçi bu barədə “Gazeta Polska”ya nəşrinə müsahibəsində deyib.

Eyni zamanda, Kaçinski heç də sülhün tərəfdarı olmadığını dilə gətirib. Onun fikrincə, Qərb münaqişənin hərbi yolla həllindən yayınmaq fikrindən daşınmamalıdır. Çünki bu, müəyyən mənada zəifləməyimizə gətirib çıxara bilər: “Birincisi, Ukraynanın məğlubiyyəti (həm də ABŞ-ın məğlubiyyəti) artıq göz qabağındadır, bunu Qərbdə bir çoxları etiraf edir. Bu, həmçinin Cozef Bayden üçün şəxsi məğlubiyyət olacaq. Əfqanıstanla müqayisə ona görə daha aktualdır ki, ABŞ qoşunlarının bu ölkədən çıxarılması Qərbdə Baydenin şəxsi uğursuzluğu kimi qəbul edilir.

“APN Şimal-Qərb” qəzetinin redaktoru Andrey Dmitriyev isə Kaçinskinin dərin ruhi xəstə olduğu qənaətindədir: “Kaçinski də hazırkı prezident Anjey Duda kimi Polşanın düşmənidir”.

Amerikalı politoloq Vladimir Mojeqov isə əmindir ki,  bir milli dövlət kimi ABŞ üçün Rusiyanın Ukraynada qələbəsi kritik deyil. Amma bu, polyaklar üçün kritik bir vəziyyətdir. Buna görə də Kaçinski Baydenə müraciət edir ki, heç bir halda danışıqlara getməsin və Ukraynaya dəstəyi dayandırmasın.

Analitiklər hesab edirlər ki, ABŞ üçün bu, Vyetnam, Əfqanıstan və İraqdakı münaqişəyə bənzəyir. Yalnız fərq odur ki, burada amerikalıların özləri döyüşmür. Ştatlar heç bir şəkildə uduzmayacaq, çünki bu ölkə Rusiya ilə rəsmi mübarizə aparmır. Üstəlik, Rusiya Ukrayna hakimiyyətinə qarşı repressiyalara başlayanda ABŞ öz mövqeyini dəyişə, hətta Kremli dəstəkləyə bilər. Tarixdə dəfələrlə belə hallar olub.

Bəs ABŞ-ın Ukraynanı Vyetnam və Əfqanıstanla müqayisə etməsi düzgündürmü?

“Vyetnamda on minlərlə amerikalı həlak oldu və ölkənin özündə müharibəyə qarşı güclü hərəkat yarandı. Bu gün isə Ukraynada rəsmi olaraq bir nəfər də olsun amerikalı ölməyib. Amerikalıların çoxu Ukraynanın harada olduğunu belə bilmir və orada baş verənlərlə maraqlanmır” – analitiklər qeyd edirlər.

Andrey Dmitriyev əlavə edib ki, Polşa Ukraynanın son ukraynalı qalana qədər vuruşmasında maraqlıdır. Bu, hər bir polyak nasistinin ruhu üçün qidadır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*