ŞOK İDDİA: “Ermənistan parlamentinin müxalifəti yeni döyüşə hazırlaşır”backend

ŞOK İDDİA: “Ermənistan parlamentinin müxalifəti yeni döyüşə hazırlaşır”

“Ermənistan parlamentinin müxalifətdən olan üzvləri qarşıdakı sessiyada yeni döyüşə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat dərc edib. Qəzetin iddiasına görə,  “Ermənistan” fraksiyasının üzvləri  parlamentin bütün mühitini “unudulmaz” etmək, hökumət üzvlərinin cahilliyini və səriştəsizliyini sərgilətmək və onların əsəblərini sınamaq niyyətindədirlər. Ancaq onların bütün bunları hansı vasitələrlə edəcəkləri açıqlanmır.

“Yeri gəlmişkən Ermənistan parlamentində təmir işləri davam edir.  : “Şərəfim var” fraksiyasının yerləşdiyi bütün mərtəbə təmirə bağlanıb. “Ermənistan” fraksiyasından olan bəzi deputatların oturduqları kabinetlərdə də təmir işləri aparılır. Müxalifətdən olan millət vəkillərinə ofislər verilsə də, bəzilərinin ciddi təmirə ehtiyacı var. İnventarın qəbulu və çatdırılması da hələ baş tutmayıb” – deyə qəzet yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*