ŞOK: “Putin təkcə öz vətəndaşlarının və ukraynalıların deyil, KTMT hərbçilərinin də qanını tökməyə hazırdır”backend

ŞOK: “Putin təkcə öz vətəndaşlarının və ukraynalıların deyil, KTMT hərbçilərinin də qanını tökməyə hazırdır”

 “Putin üçün geri çəkilmək nədir? Bu, onun bütün planlarının iflası və “kloun” Zelenski tərəfindən aşağılanması deməkdir. Ona görə də Kreml rəhbərinin çox əsəbi olduğunu görürük”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni analitiklər fikir səsləndiriblər.

Çeçenistan rəhbəri Ramzan Kadırov isə bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlər Ukraynadakı vəziyyətlə bağlı öz mövqelərini açıqlamalıdırlar: “Məncə, KTMT-nin Rusiyaya heç bir faydası yoxdur. Bütün Avropa liderləri Putinin yanına gəlir, telefonla danışıqlar aparır, Ukraynanın maraqlarını qoruyur. Bizim KTMT üzvləri niyə danışmırsınız? Niyə müharibəni bitirməyə çalışmırsınız? Niyə faşistlərə qarşı mövqeləriniz yoxdur? – Kadırov bildirib.

Erməni analitiklər isə Kadırovun bu mövqeyini belə şərh edirlər: “Çox gülünc səslənir. Reallıqlardan xəbəri olmayan adamda belə bir təəssürat yaranar ki, sanki Rusiya qurbandır. Sanki Rusiyaya hücum çəkən, ərazisinin 22 faizini işğal edən, Zelenoqrad və Tulanı hamarlayan, Moskva və Sankt-Peterburqu atəşə tutan, bütün Şimali Qafqazı nəzarətinə alan NATO idi. Heç Rusiya Ukraynaya qarşı müharibəyə başlamayıb.

Daha sonra Rusiyadan narazı olan erməni analitiklər Kadırovu yalan danışmaqda ittiham edirlər: “Avropa liderlərindən heç biri uzun müddətdir ki, Putinə baş çəkmir. Kadırov yalan danışır. Bütün Avropa liderləri (Conson, Makron, Şolz) Ukrayna prezidenti Zelenskinin yanına gəlir. Hansı təkliflərlə gəlmələri isə başqa mövzudur”.

“Həmçinin nəzərə almaq ki, Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlamaq qərarını KTMT-yə üzv ölkələrə məlumat vermədən və ya məsləhətləşmədən verib. Putin istədiyi üçün müharibəyə başlayıb. O, müharibəni çoxdan qalibiyyətlə başa vurmağı planlaşdırırdı. Amma məlum oldu ki, onun planları reallıqla kəsişməyən iki xəttdir. Üç gün ərzində Kiyevin tutulması mümkün olmadı. İndi də Rusiya Ukraynanın cənubunda və şərqində ilişib qalıb, nəhəng qüvvələrini itirib və ciddi irəliləyiş əldə edə bilmir” – erməni mediasında dərc olunan materialda yazılıb.

Bəs Putin üçün geri çəkilmək nədir?

“Bu, onun bütün planlarının iflası və “kloun” Zelenski tərəfindən aşağılanmasıdır. Ona görə də biz Kreml rəhbərinin necə əsəbi olduğunu görürük. Xüsusən də Tokayevin cavabından sonra. Lakin Putin heç vaxt buna getməyəcək. Yəni geri çəkilməyəcək. O, təkcə öz vətəndaşlarının və ukraynalıların qanını deyil, KTMT-yə üzv ölkələrin hərbçilərinin də qanını tökməyə hazırdır” – erməni analitiklər fikirlərini tamamlayıblar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*