Şokoladla bağlı maraqlı faktlar üzə çıxıbbackend

Şokoladla bağlı maraqlı faktlar üzə çıxıb

Şokolad ən qədim qidalardan biridir və 4000 ildən çoxdur populyarlıq qazanır. Qeyd edək ki, 2018-ci ildə şokolad sənayesi heyrətamiz dərəcədə – 98 milyard dollar qazanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əsas ixracatçı ölkələr Qana və Kot-d’İvuar birlikdə 3,05 milyon ton kakao istehsal edir ki, bu da bütün digər ölkələrin istehsal etdiyi 1,8 milyon tondan iki dəfə çoxdur.

Maraqlı fakt ondan ibarətdir ki, Hindistanda ən bahalı şokoladların bir qutusu 100 000 rupi (təxminən 10 min dollar) dəyərindədir və tərkibində Tahiti vanili və Yamayka Mavi Dağ qəhvəsi kimi nadir inqrediyentlər var. Bu desert həyat dövrünü simvollaşdırır: yaradılış, formalaşma və məhv. 2012-ci ildə Londonda keçirilən hərracda yeməli qızıl yarpaqlı və qeyri-adi içlikli 50 kiloqramlıq şokoladlı yumurta 11100 dollara satılıb.

Bundan əlavə, 50 q tünd şokoladda orta hesabla 50 mq kofein var ki, bu da bir fincan espressodan çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*