“Hazırda Rusiya Federasiyasının mövcudluğuna təhlükə barədə söhbət getmir. Krım artıq başqa hekayədir”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı təbliğatçı-jurnalist Vladimir Solovyov öz proqramının canlı efirində deyib.
Solovyovun ekspert qonaqları bəyan edib ki, nəinki Xerson, Zaporojye vilayətləri, “DXR” və “LXR”, hətta Krım artıq Rusiya deyil, “başqa hekayədir”. Ona görə də düşmənin onlara hücumu Rusiyaya hücum sayılmır.
Solovyov yenə də nüvə müharibəsindən danışıb, lakin onun qonaqları etiraz ediblər. Solovyov o qədər çaşıb ki, bütün studiyaya qışqırmağa başlayıb.
Xuraman Etibarlı,
KONKRET.az