SON DƏQİQƏ! – Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi – Koronavirus…backend

SON DƏQİQƏ! - Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi - Koronavirus...

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə unikal.org-a əməkdar artistin özü məlumat verib.

O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*