Son dəqiqə: Daha bir icra başçısı koronavirusa yoluxdubackend

Son dəqiqə: Daha bir icra başçısı koronavirusa yoluxdu - FOTO

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov koronavirus (COVİD-19) infeksiyasına yoluxub və o, hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, Tovuz İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətini məsafədən həyata keçirir.

Virusa yoluxan icra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Xatırladaq ki, daha əvvəl Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*