SON DƏQİQƏ: Əfqanıstanda Taliban hücumu: 20 ölübackend

SON DƏQİQƏ: Əfqanıstanda Taliban hücumu: 20 ölü

KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı Bəlx və Kunduz şəhərlərindəki Taliban yaraqlılarının polis məntəqələrinə eyni vaxtda hücumlarında 20 təhlükəsizlik işçisi öldürülüb.

Bəlx Təhlükəsizlik Müdiri Məhəmməd Acmal Faiz jurnalistlərə etdiyi şərhdə Hil Alem polis bölməsinə edilən hücumda 6 əsgər və 2 polisin öldüyünü bildirib. Kunduz polis səlahiyyətliləri yaraqlıların Daşti Arçı bölgəsindəki polis bölməsinə hücum etdiyini deyib.

Hücumda 12 təhlükəsizlik işçisinin öldürüldüyünü açıqlayan səlahiyyətlilər iki təhlükəsizlik işçisinin yaralandığı barədə məlumat veriblər. Taliban tərəfindən edilən şərhdə isə hər iki hücumda cəmi 30 polis əməkdaşının öldürüldüyü deyilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*