SON DƏQİQƏ: Ermənistan, Rusiya və Azərbaycan liderləri ilin sonuna kimi görüşə bilərbackend

SON DƏQİQƏ: Ermənistan, Rusiya və Azərbaycan liderləri ilin sonuna kimi görüşə bilər

Rusiyanın Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov “RİA Novosti” agentliyinə müsahibəsində Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin görüşünün ilin sonunda baş tuta biləcəyini açıqlayıb.  

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, analitikin sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, məhz bu vaxtlarda  vasitəçilər səylərini gücləndirirlər.

“Belə vaxtlarda  Azərbaycan və Ermənistan rəhbərlərinin  beynəlxalq auditoriya qarşısında dialoqa açıq olduqlarını nümayiş etdirmələri vacibdir. Hərçənd yaxın aylarda sərhəd zonasındakı gərginlik aradan qalxmayacaq və davam edəcək”- Mixail Neyjmakov vurğulayıb.

Ekspert hesab edir ki, Moskva üçün onun vasitəçiliyi çərçivəsində aparılan danışıqlarda inkişaf və irəliləyişə nail olunması çox vacibdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*