SON DƏQİQƏ! Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan ÇIXARILIR – VİDEObackend

SON DƏQİQƏ! Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan ÇIXARILIR - VİDEO

“Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri geri qayıdır”. 

KONKRET.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində  deyib. O bildirib ki, Ermənistan ordusunun müharibə ilə əlaqədar Qarabağda yerləşən bölmələri geri qaytarılır.

Onun sözlərinə görə, Qarabağda Ermənistandan çağırışçılar olmayacaq, lakin Qarabağdakı çağırışçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək.

O, həmçinin Ermənistanın öz qoşunlarını Qarabağdan çıxarması və bununla da “Arsax”ı müdafiəsiz qoyması ilə bağlı tənqidlərə reaksiya verib.

“Müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Qarabağdakı müdafiə ordusunun köməyinə gəldi. Atəşkəs əldə edildikdən və Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağa yerləşdirildikdən sonra Silahlı Qüvvələrimizin bölmələrinin geri çəkilməsi tamamilə təbiidir”, -deyə Qriqoryan izah edib.

O, sentyabrdan sonra Qarabağda Ermənistandan çağırışçı olmayacağını təsdiqləyib.

“Ermənistandan müqavilə ilə gələn əsgərlər Qarabağın Müdafiə Ordusuna çağırılmır. Lazım gələrsə, Qarabağ müqavilə ilə əsgərlərin cəlb edilməsini yerindəcə təşkil edir”, – deyə Qriqoryan yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*