“Hazırda Polşa hakimiyyəti ictimaiyyəti Rusiya ilə mümkün silahlı münaqişəyə hazırlayır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Eugenius Zinkeviç deyib. O bildirib ki, İkinci Dünya Müharibəsi zamanı da polyaklar arasında təbliğat aparılıb: “O zaman polyaklar arasında, “onlar Almaniyanı dəf edəcək qədər güclüdürlər” təbliğatı aşılanırdı.
Qeyd edək ki, bir müddət öncə Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski bildirib ki, əgər Ukrayna qoşunları müstəqilliyini müdafiə edə bilməsə, onda Varşava münaqişəyə girməli olacaq.
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski isə qeyd edib ki, Polşanın Ukrayna münaqişəsində iştirakı Üçüncü Dünya Müharibəsinin başlanğıcı sayılacaq.
Amma Polşa səfirliyi Roşişevskinin bəyanatının yanlış şərh edildiyini və kontekstdən çıxarıldığını bildirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
