SON DƏQİQƏ! İlham Əliyev və Nikol Paşinyan RAZILIĞA GƏLDİLƏRbackend

SON DƏQİQƏ! İlham Əliyev və Nikol Paşinyan RAZILIĞA GƏLDİLƏR

İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə görüşəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Şurası bəyanat yayıb.

Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər. Paşinyan və Əliyev sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılmasını qərara alıblar:

“Liderlər regional vəziyyəti və Aİ tərəfindən dəstəklənən firavan və sabit Cənubi Qafqaz üçün gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar”, – bəyanatda deyilir.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*