Rusiya-Ukrayna münaqişəsi bölgə dövlətlərini də hərəkətə keçməyə məcbur edib. Məsələn, Macarıstan artıq Ukrayna ilə sərhədə Silahlı Qüvvələrin əlavə hissələrini yerləşdirir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sərhəddə yığılan əsasən Macarıstan Silahlı Qüvvələrinə məxsus BTR-80M və BTR-80AM-dır.
Məsələdə maraqlı cəhət odur ki, sərhəd boyu toplanan texnikalar əsasən Rusiya istehsalıdır. Beləki, PS – BTR-80, BTR-80A və digər texnikaları vaxtilə 90-cı illərdə Rusiya Federasiyası öz borcunu ödəmək üçün Macarıstana vermişdi. Çünki o zaman Rusiyanın borcu qaytarmaq imkanı yox idi. Ona görə də o vaxtkı prezident Boris Yeltsin borcu hərbi texnika vasitəsi ilə ödəməyi təklif etdi. Bunlar zirehli transportyorlar idi. Sonradan bu texnikalar Macarıstanda modernləşdirildi (rabitə avadanlıqlarının, nişangahların və s. dəyişdirilməsi). Dəyişdirilmiş versiyalar arasında müvafiq olaraq BTR-80M və BTR-80AM-lər də var.
Lətif.A.
KONKRET.az
