SON DƏQİQƏ: Mahir Muradov vəfat etdi – FOTObackend

SON DƏQİQƏ: Mahir Muradov vəfat etdi - FOTO

Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, mərhum 66 yaşında həyatla vidalaşıb.

Qeyd edək ki, 1956-cı il təvəllüdlü Mahir Muradov əmək fəaliyyətinə 1973-cü ildən başlayıb. Elə həmin ildən 1979-cü ilədək Ədliyyə Nazirliyi orqanlarında çalışıb.

2012-ci ildə Prezidentin təqdimatı əsasında Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Prezidentin 20 iyul 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə «Əməkdar hüquqşünas» fəxri adı alıb.

Ölkə başçısının 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilib.

Mərhum ailəli olub, üç övladı var.

Allah rəhmət eləsin!

Müşviq Tofiqoğlu,

KONKRET.az

Photo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*