SON DƏQİQƏ: Nazirlikdən YouTube kanallarına edilən haker hücumu ilə bağlı AÇIQLAMA – EKSKLÜZİVbackend

SON DƏQİQƏ: Nazirlikdən YouTube kanallarına edilən haker hücumu ilə bağlı AÇIQLAMA - EKSKLÜZİV

Son günlər müxtəlif qurumlara məxsus sosial şəbəkə hesablarına və media platformalarına kiberhücumlarla bağlı ciddi faktlar mövcuddur. Bu sırada nüfuzlu media subyektlərinin YouTube kanallarının hakerlər tərəfindən ələ keçirilməsi və videolarının silinməsi böyük narahatlıq doğurur.

Bəs görəsən, bu təhlükələr haradan qaynaqlanır və qarşısının alınması istiqamətində hansı tədbirlər görülür?

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, bütün bunlar fişinq hücumlar (internet fırıldaqçılığının ən yayılmış növü – red.) nəticəsində baş verir: “Belə ki, istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrənin dəyişdirilməsi, sosial şəbəkə üzrə qayda və şərtlərin yenilənməsi ilə əlaqədar saxta keçidlər göndərilir. İstifadəçilərin həmin keçidlərə daxil olması hesabların oğurlanması ilə nəticələnir”.

Belə halların qarşısının alınması gəlincə, bildirilib ki, sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmamaq, çətin və unikal şifrələrdən, eləcə də ikimərhələli autentifikasiyadan istifadə etmək, sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olmaq, ictimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış etmək tövsiyə olunur. Həmçinin o da qeyd edilib ki, istifadəçilər belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*