Tovuz rayonunun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyevanın qatili tapılıb.
KONKRET.AZ xəbər verir ki, aparılan istintaq nəticəsində məlum olub ki, o, 36 yaşlı İlkin adlı şəxsdir.
Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.
Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.
News24.az
