SON DƏQİQƏ: Paşinyan Putinə boyun əydi – Nikolun ölümcül səhvi nədir?backend

SON DƏQİQƏ: Paşinyan Putinə boyun əydi – Nikolun ölümcül səhvi nədir?

“Ermənistan Dağıstan və ya Çeçenistan deyil ki, polis Moskvanın tələbi ilə siyasi rəqiblərini burada həbs etsin. Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlaması və repressiv Putin rejiminin öz vətəndaşlarına qarşı sərt münasibəti fonunda yalnız “müharibə” sözünə və ya Kremlin sərt siyasətinin tənqidinə görə həbsxanaya düşmək mümkündür. Bu səbəbdən yüz minlərlə insan ölkədən çıxıb. ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları da miqrasiya dalğasına təkan verib. Kimisi  Qərbə, kimisi Türkiyəyə qaçıb, çoxları müvəqqəti yaşayış yeri kimi Gürcüstanı seçib. Rusiya siyasi mühacirəti Ermənistandan da yan keçməyib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Armenianreport”un analitik yazarı Tevos Arşakyan səsləndirib. Erməni müəllifin fikrincə Ermənistan seçimi başa düşüləndir. Çünki Rusiya pasportları ilə Ermənistana giriş mümkündür, bank kartları tanınır və sairə.  Bundan başqa, Moskvanın Ermənistana qarşı xəyanətkar siyasətinə baxmayaraq, erməni cəmiyyəti sadə ruslara, xüsusən də Putinin siyasəti ilə razılaşmayanlara rəğbətlə yanaşır.

Erməni analitikin sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları rəsmi Moskvanın Putin rejimini tənqid edənlərin İrəvanda sığınacaq tapması faktını bəyənmədiyini yaxşı bilir. Buna baxmayaraq Ermənistan Moskva ilə müttəfiq olsa da, avtoritar Rusiyadan daha demokratik ölkədir. Və buna görə də Kremlin boşboğazlığı ilə oynamağa borclu deyil.

Ancaq erməni müəllif guya “Ermənistan Rusiyadan daha demokratikdir” ifadəsini digər fikirləri ilə alt-üst edir: “Kremlin siyasətini tənqid edən və Ermənistana köçən rusiyalı Tatyana Şukina ilə bağlı qalmaqallı hekayə çıxana qədər mənə elə gəlirdi. İyunun 16-da erməni polisi ruslar Svetlana Boqaçeva və Mixail Bodrovu saxlayıb və onları mənzildən çıxarıb. Təhlükəsizlik qüvvələri Tatyana Şukinanın harada olduğunu öyrənməyi tələb edib. Şukina isə bəyan edib ki, əgər onu Ermənistan polisi həbs edib Putin Rusiyasına təhvil versə, o zaman onu ciddi bəla gözləyir. Mövcud vəziyyət Ermənistandakı rus siyasi mühacirlərinin bütün icmasının narahatlığına səbəb olub. Axı Ermənistan nə Dağıstan, nə də Çeçenistan deyil ki, polis Moskvanın tələbi ilə buradakı siyasi rəqiblərini həbs etsin” – Tevos Arşakyan vurğulayıb.

“Nə olursa-olsun, erməni polisi Şukinanı saxlayıb ruslara təhvil versə, bu, təkcə Paşinyanın deyil, bütün Ermənistanın reputasiyasına sağalmaz zərbə vuracaq. Bundan sonra Ermənistan uzun illər Rusiya, Belarus, Venesuela, Şimali Koreya kimi totalitar ölkələrlə bir sırada dayanacaq. Ümid edirəm ki, baş nazirin ətrafındakılar bunu başa düşür və ölümcül səhvə yol verməyəcək, Putin qarşısında əyilməyəcək və bununla da Ermənistanda demokratiyaya son qoymayacaq. Belə olan halda Paşinyan öz siyasi rəqiblərindən – Kremlin marionetləri olan Koçaryan və Sarkisyandan necə üstün olacaq?” – müəllif fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*