SON DƏQİQƏ: Putin Rusiya və Ukrayna arasında danışıqların dayandırıldığını AÇIQLADIbackend

SON DƏQİQƏ: Putin Rusiya və Ukrayna arasında danışıqların dayandırıldığını AÇIQLADI

Rusiya lideri Vladimir Putinin Finlandiya Prezidenti Sauli Niinistö ilə telefon danışığı baş tutub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin Moskva və Kiyev arasında danışıqların faktiki olaraq dayandırıldığını bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, Kiyev ciddi və konstruktiv dialoqa maraq göstərmir.

Niinistönün ofisi isə bildirib ki, Helsinki tezliklə Şimali Atlantika Alyansına üzvlüklə bağlı qərar verəcək. Finlandiya Prezidentinin qeyd etdiyi kimi, ölkə öz təhlükəsizliyini gücləndirmək üçün bunu etmək niyyətindədir.

Müşviq Tofiqoğlu,

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*