SON DƏQİQƏ: Putin və Ərdoğanın görüşü başladıbackend

SON DƏQİQƏ: Putin və Ərdoğanın görüşü başladı

Putin və Ərdoğanın Səmərqənddə görüşü başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) liderlərinin Səmərqənddə keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Ərdoğanla görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatlar və rəsmi İrəvanın münaqişə ilə bağlı öhdəliklərindən boyun qaçırması məsələlərinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Qeyd edək ki, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Bir çox dövlətlərin liderlərinin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və  Kreml rəhbəri Vladimir Putin də iştirak edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*