SON DƏQİQƏ! Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri GÖRÜŞDÜbackend

SON DƏQİQƏ! Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri GÖRÜŞDÜ

Rusiya sülhməramlılarının komandanlığı bu gün Azərbaycan tərəfi və Qarabağ separatçılarının nümayəndələri ilə Laçın yolunda vəziyyəti müzakirə edib.

KONKRET.az xəbər verir ki, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ erməniləri ilə danışıqlar aparacaq.

Deputat Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmas üçün məsul təyin edilib.

Bu məqsədlə 2023-cü il martın 1-də Ramin Məmmədov Rusiya Federasiyasının Azərbaycan Respublikası ərazisinə müvəqqəti dislokasiya olunmuş sülhməramlı kontingentinin Xocalı şəhərində yerləşən qərargahında Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə görüşüb.

İclasda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı qrupun rəhbəri Məsim Məmmədov iştirak edib. Qrupun tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” QSC-nin ekspertləri daxildir.

Görüş zamanı Qarabağın erməni sakinlərinin Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı ilkin müzakirələr aparılıb.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək.

Əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*