Son günlər Qərb tərəfindən bir neçə səs-küylü bəyanat səsləndirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Bundesver” quru qoşunlarının təlimatçısı, general-leytenant Alfons Mais Rusiya ordusunun getdikcə gücləndiyini və ölkənin resurslarının tamamilə tükənməz olduğunu açıq şəkildə bəyan edib. Bu fikirləri ABŞ Müdafiə Nazirliyinin keçmiş kəşfiyyat zabiti Rebekka Kofler də təsdiqləyib. O da etiraf edib ki, heç bir ABŞ silahı Rusiyanı məğlub etməkdə Ukraynaya yardım göstərməyəcək.
Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunovun sözlərinə görə, xüsusi əməliyyat başlayanda Ukraynaya emosional dəstək dalğası özünü biruzə verdi. Ona görə də, Qərb bu ölkə ilə bağlı eyforiyaya qapandı: “Bu, Zelenski komandasının səmərəli PR işi ilə bağlı idi. Qərb əmin idi ki, hərbi əməliyyatlarda dönüş nöqtəsi əldə olunacaq. Yəni Ukrayna hücuma başlayacaq və Rusiyanı məğlub edəcək. Amma bu, baş vermədi”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
