SON DƏQİQƏ: Rusiya hərbi attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırıldı – VİDEObackend

SON DƏQİQƏ: Rusiya hərbi attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırıldı - VİDEO

Rusiyanın Türkiyədəki hərbi attaşesi ölkə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb.

KONKRET.az “TRT”yə istinadən xəbər verir ki, attaşe Suriyanın İdlib şəhərində türk müşahidə məntəqəsinin atəşə tutulmasından sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb. Rəsmi Ankaranın məlumatına görə, Türkiyənin İdlibdəki müşahidə məntəqəsi minaatanlardan və artilleriyadan atəşə tutulub. Nəticədə 1 türk əsgəri şəhid olub, 3 nəfər isə yaralanıb.

Nəşrin məlumatına görə, görüş zamanı Türkiyə tərəfi Suriya rejiminin hücumlarına ən ağır şəkildə cavab veriləcəyini  bəyan edib. Həmçinin Türkiyə Baş Qərargahı qeyd edib ki, belə bir hadisə yenidən təkrarlansa, bu zaman reaksiya tam fərqli olacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*