SON DƏQİQƏ: Taliban Pəncşirdə hərbi əməliyyatlara başladı – 11 atəş xətti məhv edildibackend

SON DƏQİQƏ: Taliban Pəncşirdə hərbi əməliyyatlara başladı - 11 atəş xətti məhv edildi

Taliban silahlı birləşmələri Əfqanıstanın şimalındakı Pəncşir əyalətində Milli Müqavimət Cəbhəsinə qarşı əməliyyatlara başlayıb və  onların mövqelərinə davamlı zərbələr endirib.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, əməliyyat zamanı iki səhra komandiri də daxil olmaqla doqquz müqavimətçi öldürülüb və çoxlu sayda silah -sursat ələ keçirilib.

Taliban Dərbənd-Qarani, Gülbahar və Şatal bölgələrində müqavimətçilərin 11 atəş xəttini məhv edə bilib.

Xatırladaq ki, hazırda Pəncşirdə Talibana qarşı məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud müqavimət cəbhəsi yaradıb. Əfqanıstanın keçmiş vitse -prezident Əmrullah Saleh isə xalqı  onu dəstəkləməyə çağırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*