Son üç ayda aşkarlanan minaların sayı AÇIQLANDIbackend

Son üç ayda aşkarlanan minaların sayı AÇIQLANDI

“Müdafiə Nazirliyi tərəfindən bu ilin avqust-oktyabr ayları ərzində Laçın, Kəlbəcər rayonlarında, Daşkəsən rayonunun ərazisində, Tərtər və rayonun Suqovuşan istiqamətində yeni basdırılması ehtimal edilən 9 000-ə yaxın piyada, 2 500-ə yaxın isə tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib”.

KONKRET.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 34 mülki Azərbaycan vətəndaşı minaların qurbanı olub:

“Həmin minalar Ermənistan tərəfindən məqsədli şəkildə basdırılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*