Sona Vəliyeva: “Az tapmışıq az yemişik, çox tapmışıq çox yemişik”backend

Sona Vəliyeva: “Az tapmışıq az yemişik, çox tapmışıq çox yemişik”

Hələ 2011-ci il iyunun 3-də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva Lent.az saytına dəbdəbəli bir müsahibə vermişdi: “Çox sevinirəm ki, ömrümü-günümü belə adamla bağlamışam”

Bu müsahibədə “İlləri əl-ələ verib gəlmişik”, – deyən Sona Vəliyeva medianı məhv edən, külli miqdarda maxinasiyaya yol verən, oliqarx həyat tərzi keçirmiş, dövlətinə xəyanətdə ittiham olunan Əli Həsənovu ideal insan kimi xarakterizə edirdi.

“Ona görə ideal ki, onunla hər ürək sözünü danışa bilirsən. O adamla ki, istənilən mövzuda söhbət edə bilirsən. İstər ədəbiyyatdan, siyasətdən, tarixdən, istər ailə məsələlərindən, onun yaxınlarından, öz yaxınlarından kiçik bir incikliyini də müzakirə edib məsləhət ala bilirsənsə, deməli, o adam ideal adamdır. Sənə işıqlı yol göstərəndir”.

İşıqlı yol göstərdiyi iddia edilən bu adam qaraçı psixologiyası ilə illərdir müstəqil medianın “atasını yandırıb”. KVDF-nin xətti ilə milyonları həzm-rabedən keçirib. Onunla dil tapa bilməyənləri dama basdırıb, dövlətçiliyə xəyanətdə şərləyib. Azərbaycanın müxtəlif yerlərində özünə villalar tikdirib, neçə-neçə insanın haqqını yeməklə hədsiz varlanıb, ölkə başçısının medianın inkişafına göstərdiyi qayğıya kölgə salmağa çalışıb. Azərbaycanda ideoloji proseslərinin istiqamətini dəyişib, mediaya söyüş texnologiyası gətirməklə cəmiyyətdə aqressiyanın rəsmi təbliğatı ilə məşğul olub. Sona Vəliyeva da deyir ki, Əli Həsənov işıqlı insandır. Dağılasan ay dünya. Gör kimə və necə tərif verir xanım Vəliyeva:

“Hər şeydən əvvəl o, ədalətli, demokratik adamdır… Səhər bir söz dedi. Dedi ki, istəyirsən başqalarından yaxşı münasibət görəsən, fərqi yoxdur, o, böyükdür, kiçikdir, sən ona elə münasibət bəslə ki, o sənin qarşında yaxşı münasibətdə olmağa özünü borclu hesab etsin”.

Bu cümlələri oxuyan Əlinin müasirləri sözün əsl mənasında şok yaşaya bilər.

Bəzən iki Əli Həsənov arasında qalmaq belə fikrimizdən keçə bilər. Amma Azərbaycanda iki Əl Həsənov var ki, cəmiyyətdə nəinki nüfuzu var, hətta onlara qarşı patoloji nifrətin həddini də ölçməyə lüzum yoxdur. Çünki zatən patoloji həddi keçib.

Sona Vəliyeva bizə Əlinin kövrək insan olduğunu xarakterizə edirdi bu müsahibə ilə. Görünür, bəxtimiz gətirib. Kövrək olmasaymış, bu təpəgöz hələ nələr edəcəkmiş? “O, çox şeydən kövrələ bilən adamdır, amma heç vaxt kövrəlməyini büruzə verməz. Heç Şuşada olmayıb, amma Şuşa haqqında mahnı onu kövrəldir. Büruzə verməməyə çalışır, kişi qüruru ilə torpağa məhəbbət arasında mübarizə gedir”.

O vaxtkı müsahibəsinin ən tükürpədən məqamı isə bu idi:

“Evindəkindən və cibindəkindən artıq səxavətlidir. Biri ondan kömək istəsin, düşünməz ki, arxada çörək pulu qaldı, ya yox, son qəpiyini verər. Həmişə deyir ki, mən əl tutdum əl tutana da Əli kömək olar. Birinə kömək edə bilməsə, ürəyində düyün qalır. Onun kimlərəsə etdiyi yaxşılıqları mən də başqalarından eşidirəm. Etdiyini dilə gətirməz. Lovğalıq bilər deməyi. Həmişə belə olub, lap az məvacibə kirayələrdə qaldığımız vaxtlardan. Mənim ondan öyrəndiyim yaxşı xüsusiyyətlərdən biri də budur. Həmişə səxavətli, ədalətli olmaq. Çox səbirlidir”.

Səxavətli Əli Həsənov mediaya ayrılan pulların son qəpiyinə də göz dikirdi. O vaxt saytlara və qəzetlərə ayrılan pulların necə mənimsədildiyini prokurorluq orqanları araşdırır.

Əli Həsənovun səxavəti haqqında eşidənlərə müraciət etmək yerinə düşər. O, doğrudanmı, xanım Vəliyevanın dediyi kimi olub?!

Azərbaycandan başqa digər ölkələrdə də daşınmaz əmlak sahibi olan Həsənovun gəncliyini həyat yoldaşı belə xatırlayır:

“Gənc mütəxəssis kimi bizə ev verdilər, iki otaqlı… Kim desə ki, ailəmdə konflikt olmayıb, inanmayın. Bu iki halda ola bilər, ya o ailədə hər iki tərəf bir-birinə çox biganədir , ya da sadəcə olanı gizlədirlər. Hər şeydə səmimi olmaq lazımdır. Mümkün deyil ki, ailədə konflikt olmasın. Mən emosional adamam. Hadisələrə tez reaksiya verirəm. Çox sevinirəm ki, ailə qurduğum adam səbirli və təmkinli olduğundan məsələləri kəskin şəkildə səbirlə həll etməyi qoyurdu. Çox çətinliklərimiz olub, az məvacib, darısqal mənzil. Çox şeyləri yola vermişik, bir az o, ötüşdürüb, bir az mən. Əsas məsələ odur ki, konfliktləri böyütməyəsən. Kiçik məsələləri böyütmək lazım deyil. Adi məişət konfliktləri hər ailədə olur. Tanrı böyük konfliktlərdən qorusun”.

Bu sözə diqqət edin: “Tanrı böyük konfliktlərdən qorusun!”

Harınlamış məmur kimi o böyük konfliktlərdən yayınmadı, əksinə həmin münasibətin nüvəsini təşkil etdi.

“Az tapmışıq, az yemişik, çox tapmışıq çox yemişik”.

Sona Vəliyevanın müsahibəsinin ən təsirli hissəsi isə bu məqam idi: “Evimizdə uzun müddət ətin olmaması indi mənim üçün xoş xatirələrdir. Nəyinsə olmaması ucbatından problemimiz olmayıb. Ailə quranda mənə dedi ki, bizim münasibətlərimiz sınaqlardan keçib, amma ailə-məişət tamam başqadır. Birdən qonşu öz xanımına qızıl, qiymətli hədiyyə edər, onu məndən tələb edərsən. Filankəs filan şey aldı sözünü səndən eşitməyim. Dedim heç vaxt bunu məndən eşitməzsən. Bu sözlər əxlaqlı, mənən zəngin, maddi cəhətdən az dolanışıqlı gənc ailə başçısının dilindən çıxanlardır. Çox tərbiyəvi bir nümunədir. Bu gün gənclər ailə quranda nədən xoşlanmadıqlarını tərəf müqabilinə desə, sonrakı konfliktlərdən qaçmaq olar. Mən heç vaxt onu maddiyyat üstündə sıxmamışam. Bunu özümə aşağılıq hesab etmişəm”.

O günə bir daş düşəydi

“Onun Prezident Aparatına işə getməsi ilə qızımızın birinci sinfə getməsi eyni ildə oldu. Qayğıları öz üzərimə götürdüm. Atası dedi ki, qızı musiqi ilə, dərslərlə yükləyərsən, birdən çatdırmaz. Dedim qorxma, o, sənin qızındır, çatdırar. Uşaqlarla özüm məşğul oldum ki, onun işi ağırdır, evdə də yüklənməsin. Bəzən uşaqların neçənci sinifdə oxuduğun unudurdu. Uşaqlar da maşallah, götürümlü idilər, məni heç incitmədilər”.

Neçə-neçə ailənin bədbəxtliyinə səbəb olan Əli Həsənovun həyat yoldaşının müsahibəsindən son sitat gətirməklə hörmətli oxucunu çox da yormayaq. Amma bir daha vurğulayaq ki, bu həyat bumeranqdır. Nə tökərsən aşına, o da çıxar qaşığına:

“Ailəlikcə uşaq kimi sevinməyi bacarırıq. Uşaqlara bir təzə paltar alsaq hökmən geyindirib, ailəlikcə baxıb mübarəkbadlıq etməliyik. Əli müəllim yalan olmasın bir beş dəqiqə “bəh-bəh” deyir, istər mənə, istər uşaqların geyindiyi paltara. Deyir ki, bu paltar heç kimə belə yaraşmazdı, sənə yaraşdı. Sevinci yaşadır. Yadıma bir məqam düşdü. İlk dəfə Əli müəllim əlində mənzil orderi qapıdan içəri girəndə mən oturub yerə ağladım. Sonradan anladım ki, bu sevincin ən son nöqtəsi imiş, o cür yaşamışam”.

Natiq Səlim,

KONKRET.az

 

  • Ramil
    Noyabr 21, 2020 - 21:29

    Cəbrayıl Vəliyev həbs olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*