“Soros hərəkətə keçdi” – Azərbaycanı hədəfə alan qüvvələr fəallaşdı – SENSASİON TƏFƏRRÜATbackend

"Soros hərəkətə keçdi" - Azərbaycanı hədəfə alan qüvvələr fəallaşdı - SENSASİON TƏFƏRRÜAT

Son vaxtlar ortaya məntiqli sual çıxırdı ki, məxməri inqilabların baiskarı Corc Soros niyə Nikol Paşinyanı müdafiə etmir? Sentyabrın 27-dən etibarən başlanan döyüşlərin ilk günlərində də Sorosun küçə yürüşündən hakimiyyətə gətirdiyi inqilabçını müdafiə etməli, beynəlxalq səviyyədə onun nüfuzunu möhkəmləndirməli, nəzarətində olan Kütləvi İnformasiya Vasitələri ilə Ermənistanın haqlı mövqeyini ortaya qoydurmalı, yaxud Avropanın iri təsisatlarının əli ilə Azərbaycana qarşı sanksiyalar tətbiq etməli idi. Məlumdur ki, Sorosun ən azından ABŞ və 2-ci dünya müharibəsindən sonra həmin derjavanın təşəbbüsü ilə yaradılan qurumlarla bağlılığı az qala konsepsiyalarda da var. Əlbəttə ki, o konsepsiyalarda Sorosun adı qeyd edilməsə də, pərdənin o üzündə onun gözəgörünməz imzası var.

Məhz Ermənistanın baş naziri Sorosun timsalında ABŞ-a, dünyanın aparıcı KİV-lərinə ümid edirdi. Lakin hadisələr əksini söylədi. Döyüşün ilk günlərində Soros Paşinyanı müdafiə etmədi. Bəlkə o da hərbi münaqişənin bir neçə gün çəkəcəyini güman etmişdi. Lakin Azərbaycan Ordusunun irəliləməsi və işğaldan azad edilən ərazilərin çoxalmasından sonra Soros əl altında olan KİV-lərə sifarişini artırdı. Bunu həm də ABŞ-da keçiriləcək seçkilər öncəsi səsvermə zamanı erməni lobbisinə ümid kimi də anlamaq olar. Xarici KİV-lərin effekti az olacağından, bura Azərbaycan xalqının öz nümayəndələrindən ibarət jurnalistlər “effektiv” rol oynaya bilərdi. Bunun üçün Meydan TV seçildi. Soros bilirdi ki, yalnız Meydan TV-nin əməkdaşları Azərbaycan xalqının belə sevindirici günlərində məğlubiyyət əhvalı yaratmağa cəhd göstərər. Çünki onlar antixalq konsepsiyasına qol çəkəndə bilirdilər ki, qarşıda onları öz doğulduqları Vətənin əleyhinə yazmağa sövq edəcəklər. Vaxtında bu işdən əl çəkə bilərdilər, lakin külli miqdarda verilən qrantlar hərislik hisslərini üzə çıxardı.

28 ildən sonra Azərbaycan xalqı sevinməyə başlayıb ki, nəhayət Vətən bütövləşir. Nəhayət, ən ümdə Qarabağ arzusu gerçəkləşir. Artıq insanlar bu günlərdə Şuşa və Xankəndinin azad ediləcəyi xəbərini gözləyirlər. Lakin yenə də xainlər tapılır ki, gerçəkləşən arzulara kölgə salsınlar. Budur, Soros anti-Azərbaycan şəbəkəsinə tapşırıq verib ki, müharibə əleyhinə çıxsınlar. Meydan TV, Emin Hüseynov, Arzu Qeybullayeva artıq bu tapşırıqla bağlı fəaliyyətə başlayıblar. Məxməri inqilab  banisinin əsas fikri ondan ibarətdir ki, müharibə dayandırılsın. Çünki müharibə dayanarsa, hakimiyyətə gətirdiyi Nikol Paşinyan mövqelərini gücləndirər, daxili auditoriyaya “biz güc toplayıb, torpaqları azad edəcəyik”, “geri çəkilmə taktiki plan idi” və s. tipli yeni bayatılar səsləndirər.

Soros və beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycana sanksiyalar tətbiq edə bilməzlər. Nə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı qərar qəbul edə bilər, nə də Şimali Atlantika İttifaqının qoşunlarının bölgəyə yeridilməsi mümkündür. BMT-nin məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyünün tanınması bu fəaliyyətə imkan vermir. Ən əlverişli fəaliyyət planı və Nikol Paşinyanın qorunması yalnız müharibənin dayandırılmasından asılıdır. Məhz bu mənada Meydan tv müharibənin dayandırılması fikirlərini gündəmə gətirir. Bu da o məntiqə aparıb çıxarır ki, Meydan Tv ermənilərə xidmət edir. Paşinyan da müharibənin dayandırılmasını istəyir, Meydan tv-nin dırnaqarası əməkdaşları da. Məqsəd isə belədir ki, Soros onların vasitəsilə bu fikri Azərbaycanın daxilinə yeritmək, sonra rəsmi səviyyəyə qaldırmaq niyyəti güdür. Bunun üçün Azərbaycan xalqının maraqlarına qarşı çıxan Meydan Tv gündən-günə özünə qarşı nifrəti artırır. Xalq bu günlərdə onun qəlbini sındıranı bağışlamayacaq.

Azər QİSMƏT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*